Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" MMC haqqında iş qaldırıb.
48 işə baxılıb, 6,5 milyon manata yaxın sanksiya tətbiq edilib - ANTİİNHİSAR VƏ HAQSIZ RƏQABƏT
FED.az xəbər verir ki, iş, Dövlət Xidmətinin təşəbbüsü və “AzFiberNet” MMC, “Eurosel” MMC, “SeaBak” MMC, “Smart Sistems Texnoloji” MMC, “Sparktel” MMC, “Data Plus” MMC, "Azerfon" MMC, "UniNet" MMC-nin müraciətləri əsasında qaldırılıb.
İş, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin tələblərinin pozulması əlamətləri üzrədir.
""Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" MMC tərəfindən qaldırılmış infrastruktur xidmətləri tariflərinin Dövlət Xidmətinin təşəbbüsü ilə araşdırılmasına başlanılmışdır. Eyni zamanda, bir sıra özəl internet provayderləri tərəfindən Xidmətə müraciətlər daxil olmuş və həmin müraciətlərdə infrastruktur xidmətləri tariflərində olan artımın onların fəaliyyətinə mənfi təsir göstərdiyi qeyd edilmişdir. Bu məsələ üzrə antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunub-olunmaması vəziyyəti araşdırılır", – Xİdmətdən bildirilib.
İşə baxılması davam edir.