2022-ci ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 191 milyon 355 min 700 manat məbləğində kreditlər verilib.
Eləcə də bax: Növbə «Gəmiqaya Holdinq»ə də çatdı – 12 ŞİRKƏTİ KAPİTALINI AZALDIR
FED.az xəbər verir ki, bu bir il əvvəlki göstəricidən 31 faiz çoxdur. Verilmiş kreditlərin 16,1 milyon manatı və yaxud 8,4 faizi qısamüddətli, 175,3 milyon manatı və yaxud 91,6 faizi uzunmüddətli kreditlər olub.
Eləcə də bax: «Naxçıvanbank» ASC pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
Naxçıvan MR Statistika qurumu bildirir ki, hazırda muxtar respublikada 384 növdə məhsul istehsal olunur ki, bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazır¬da əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.