Azərbaycanın iri biznes maliyyə qruplarından biri – əsasən Naxçıvanda fəaliyyət göstərən «Gəmiqaya Holdinq»in 12 şirkəti kapitalını azaltmağa qərar verib.
FED.az xəbər verir ki, son aylar ölkədə çoxsaylı şirkətlər və ya holdinqlərə daxil olan müəssisələr nizamnamə kapitallarını azaldır və ya fəaliyyətini dayandırır, ya da başqa şirkətlərlə birləşirlər.
Dövlət Vergi Xidmətinin məlumatına görə:
«GƏMİQAYA SATIŞ MƏRKƏZİ» MMC (VÖEN: 0201208491) nizamnamə kapitalının 60 manata azaldığını elan edir.
«GƏMİQAYA KƏRPİC KOMPLEKSİ» MMC (VÖEN: 0300238711) nizamnamə kapitalının 60 manata azaldığını elan edir.
«GƏMİQAYA DAŞ MƏHSULLARI SƏNAYE KOMPLEKSİ» MMC (VÖEN: 0300136271) nizamnamə kapitalının 120 manata azaldığını elan edir.
«GƏMİQAYA SƏNAYE KOMPLEKSİ» MMC (VÖEN: 0200216121) nizamnamə kapitalının 100 manata azaldığını elan edir.
«GƏMİQAYA MEBEL FABRİKASI» MMC (VÖEN: 0200534651) nizamnamə kapitalının 100 manata azaldığını elan edir.
«GƏMİQAYA ƏT MƏHSULLARI» MMC (VÖEN: 0300731811) nizamnamə kapitalının 60 manata azaldığını elan edir.
«GƏMİQAYA ŞƏRAB İSTEHSALI» MMC (VÖEN: 0201104641) nizamnamə kapitalının 60 manata azaldığını elan edir.
«GƏMİQAYA HOLDİNQ ŞİRKƏTLƏR İTTİFAQININ BƏRƏKƏT BAZARLAMA» MMC (VÖEN: 0200544871) nizamnamə kapitalının 120 manata azaldığını elan edir.
«GƏMİQAYA PLASTMAS KAPSUL VƏ QAPAQ» MMC (VÖEN: 0200596061) nizamnamə kapitalının 120 manata azaldığını elan edir.
«GƏMİQAYA QİDA MƏHSULLARI» MMC (VÖEN: 0200020871) nizamnamə kapitalının 53 495 manata azaldığını elan edir.
«GƏMİQAYA BETON MƏMULATLARI KOMPLEKSİ» MMC (VÖEN: 0300234991) nizamnamə kapitalının 60 manata azaldığını elan edir.
«GƏMİQAYA TİKİNTİ MATERİALLARI İSTEHSALAT KOMPLEKSİ» MMC (VÖEN: 0900283071) nizamnamə kapitalının 60 manata azaldığını elan edir.
Bütün şirkətlərdə dəyişikliklər üzrə kreditorlar Naxçıvan şəhəri, N.Tusi küçəsi 5 ünvanına bildirə bilərlər.
Göründüyü kimi, bütün şirkətlərin nizamnamə kapitalının həcmi 60-120 manat arasında həddə endirilib. Yalnız «GƏMİQAYA QİDA MƏHSULLARI» MMC (VÖEN: 0200020871) şirkətinin nizamnamə kapitalı böyük məbləğdədir və dəyişiklikdən sonra 53 495 manata enib. Holdinqdən nizamnamə kapitalının artırılmasının səbəblərini açıqlamayıblar.
Qeyd edək ki, nizamnamə kapitalı şirkətin yaradılması zamanı tərəfləri yatırdığı vəsaitdir. Bu məbləğ adətən simvolik olduğuna görə, əksər şirkətlərdə nizamnamə kapitalı kiçikdir. Məsələn, reallıqda milyonlarla manat dövriyyəsi olan şirkətin nizamnamə kapitalı 10-20 manat ola bilər, burada məhdudiyyət yoxdur.
Bununla yanaşı, nizamnamə kaiitalı tərəflərin - təsismçilərin şirkətdəki payını əks etdirir. Şirkətin nizamnamə kaitalının azaldılması onu göstərir ki, ya şirkət zərərlə işləyir, ya da onun təsisçilərindən biri şirkəti tərk edir.