“Smart Customs” tətbiqinin və e.customs.gov.az portalının fəaliyyətində yaranan texniki problemlərin aradan qaldırılıması istiqamətində müvafiq tədbirlər həyata keçirilir və bəyanetmə prosesində yaranan çətinliklər tezliklə aradan qaldırılacaq.
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) vətəndaşlara və xaricdən mal gətirən şirkətlərə müraciətində deyilir.
Eləcə də bax: Gömrükdən daşıma şirkətlərinə cavab – «Mallar bizdə cəmi 1-2 gün qalır»
Dövlət Komitəsi bildirir ki, daşıyıcı şirkətlər yaranmış problem həllini tapana qədər xarici anbarlarındakı malları ölkəyə gətirə bilərlər və bununla bağlı heç bir məhdudiyyət yoxdur.
Xatırladaq ki, 2021-ci ilin yanvarın 1-dən qaydalara görə xaricdə aldığı malı gömrük sistemində onlayn bəyan etməyən vətəndaşın bağlaması ölkəyə gətirilmirdi.