Hazırda prezidenti Bakıda səfərdə olan Zimbabve Afrika ölkələri arasında ağır iqtisadi vəziyyəti, tarixə düşmüş hiperinflyasiyası ilə tanınır, eləcə də ölkə son günlər neft-qaz yataqları ilə bağlı planları ilə gündəmdədir.
Eləcə də bax: Avropanın ən varlı ailəsi Azərbaycanda - ROTŞİLDLƏRİN «QIZIL GENLƏRİ»
FED.az Zimbabvenin hazırkı iqtisadi durumu və son illər yaşadığı iqtisadi prosesləri təqdim edir.
Afrikanın mərkəzində yerləşən Zimbabvenin sahəsi 390 min kvadrat kilometr, əhalisi 14,5 milyon nəfərdir. Əhali sayı çox olmasa da, burada demoqrafik partlayış davam edir – ölkə əhalisi hər dörd ildən bir 1 milyon nəfər artır. Hazırki prezident Emmerson Mnanqaqva 2017-ci ilin noyabrında əvvəlki prezident Robert Muqabenin 37 illik iqtidarına hərbi çevrilişlə son qoyulmasından sonra ölkənin birinci şəxsi olub, ona qədər isə vitse-prezident idi.
Eləcə də bax: Pul əzizdir, yoxsa əqidə? – DÜNYANIN ƏN QEYRİ-ADİ VƏSİYYƏTİ
20 ildir böhran içindədir
Zimbabve iqtisadiyyatının durumu yaxşı deyil. Ölkədə 1990-cı illərin sonundan başlayan iqtisadi böhran hələ də davam edir. Böhranın səbəbi torpaq islahatı və özəl torpaq sahiblərindən torpaqların geri alınması, eləcə də, ölkənin Konqo müharibəsində iştirakı olub. Böhran o qədər güclü olub ki, Zimbabve bəzi mənfi göstəricilərinə görə, tarixə və iqtisadi nəzəriyyə dərsliklərinə də düşüb.
Eləcə də bax: Tarixdə ən uğursuz əmlak müqaviləsi - BİZNES TARİXİ
79,6 milyard faizlik inflyasiya - Tarixi göstərici
2008-2009-cu illərdə ölkədə inflyasiya elə yükəlib ki, onu ölçmək ümumiyyətlə mümkün olmayıb. 2008-ci ilin noyabrında ölkədə inflyasiya pik həddə çatıb – həmin vaxt illik inflyasiya 79,6 milyard faiz olub. İqtisadçıların hesablamalarına görə, həmin dövrdə ölkədə hər 24 saatda qiyməilər ikiqat artırdı. Bundan sonra Zimbabvenin Statistika Komitəsi inflyasiyanı ölçməyi dayandırıb.
Eləcə də bax: Dünyada ilk biznes mərkəzləri necə yarandı? - BİZNES TARİXİ
100 trilyon dollarıq əskinaslar
Bu dövrdə Zimbabve dolları da sürətlə dəyərdən düşüb. 2006-cı ildə ölkədə birinci denominasiya olub və əvvəlki pulların üzərindən üç sıfır silinib. Amma yeni pullar cəmi iki il davam gətirə bilib – 2008-ci ildə yeni dollar o qədər dəyirsizləşmişdi ki, ölkədə 10 milyard dollarlıq pulları buraxılırdı, amma o da tələbatı ödəmirdi. Pul sürətlə dəyərsizləşir və getdikcə daha böyük nominallı əskinaslar buraxılırdı. İş o yerə çatmışdı ki, həmin vaxtlar Zimbabvendə trilyon dollarlıq pullar da dövriyyəyə buraxıldı. Nəticədə 2008-ci ildə ikinci denominasiya oldu – pulların üstündən on sıfır pozuldu (10 milyard dollar yenidən 1 dollar oldu).
Eləcə də bax: Yeni biznes: XXI əsrin yataqxanası - KOLİVİNQLƏR
Ölkədə pul vahidi ABŞ dollarıdır
Bir neçə aydan sonra burada yerli valyuta qadağan edildi və Zimbabve rəsmi olaraq ABŞ dolları ilə işləməyə başlayıb. Hazırda 100 trilyon dollarlıq əskinaslar qara bazarda aktiv şəkildə satılır. Onların əsas alıcıları turistlər və kolleksiyaçılardır.
Büdcədə cəmi 217 dollar qalıb
O vaxtdan Zimbabvedə ağır iqtisadi vəziyyət çox da düzəlməyib. Hətta 2013-cü ilin yanvarında ölkənin maliyyə naziri elan etmişdi ki, büdcə təşkilatlarının maaşları ödənildikdən sonra büdcədə cəmi 217 dollar qalıb. 2017-ci ilin nəticələrinə görə, ölkənin ümumdaxili məhsulu 17,8 milyard dollar, adambaşına düşən ÜDM həcmi 1080 dollardır. 2017-nin sonunda Zimbabvedə işsizlik 80-90%, xarici borc 2 milyard dollardır.
Yanacağı bahalaşdırıb gəlib
Zimbabvedə ağır iqtisadi şərait indi də davam edir. Elə Emerson Mnanqaqvanın Bakıya səfərindən bir qədər əvvəl hökumət yanacağın qiymətini kəskin şəkildə artırıb, benzinin litri 1,24 dollardan 3,31 dollara, dizelin qiyməti isə 1,36 dollardan 3,11 dollara qaldırılıb. Hökumətin bu qərarları etirazla qarşılanıb.
Bununla yanaşı, E.Mnanqaqva xarici investisiyalara təhlükəsizlik qarantiyası verib. Üstəlik islahatlar nəticəsində torpaqlarını itirən fermerlərə kompensasiya veriləcəyini elan edib.
Xarici ticarət partnyorları Çin və CAR-dır
Ölkə xaricə platin, pambıq, tütün, qızıl və paltar ixrac edir. 2015-ci ilin sonuna ixracda əsas partnyorları Çin (27,8%), Konqo (12,3%), Botsvana (11%), Belçika (4,4%) və Zambiyadır (4,1%).
Ölkəyə isə xaricdən maşın və avadanlıqlar, kimyəvi maddələr, yanacaq və ərzaq gətirilir. İdxalda əsas partnyorları CAR (49,7%), Çin (8,8%), Zambiya (5,5%), Hindistan (4,3%).
Yeni neft yatağı tapıb – partnyor axtarır
Bir qədər əvvəl Zimbabvedə, Mozambiklə sərzəddə neft qaz yataqları aşkar edilib. İndi hökumət bu yataqların işlənməsi üçün partnyor şirkətlər cəlb etmək istəyir. Hazırda həmin yataqlarda Avstraliyanın «Invictus» şrkəti iş aparır. Amma Zimbabve rəhbərləri yeganə şirkətlə kifayətlənmək istəmir. Bir neçə gün əvvəl Emmerson Mnanqaqve Rusiya neft şirkətlərini də neft-qaz yataqlarında işləməyə dəvət edib. Yeri gəlmişkən, Zimbabve prezidenti Bakı səfəri ərəfəsində burada müzakirə edəcəyi məsələlərdən birinin neft sektoruna aid olacağını da vurğulamışdı, böyük ehtimalla Azərbaycanın Dövlət Neft Şirkətinin həmin yataqlarda işləməsi də müzakirə ediləcək. Ölkənin ixrac etdiyi pambıq da Azərbaycanın son vaxtlar inkişaf edən toxuculuq sənayesi üçün maraqlı ola bilər.
Azərbaycanla əlaqələr hələlik zəifdir
Qeyd edək ki, hazırda Azərbaycanla Zimbabve arasında iqtisadi əlaqələr olduqca aşağıdır. Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, 2018-ci ildə Azərbaycandan Zimbabyevə ixrac olmayıb, əvəzində oradan ölkəmizə 774,7 min dollarlıq idxal olub. 2017-ci ildə isə idxal 470 min dollar təşkil edib.