Dünyanın ən böyük suveren fondu -Norveçin neft-qaz gəlirlərinin toplandığı Dövlət Pensiya Fondu bu ilin ilk yarısına böyük zərər edib.
Necə oldu ki, Norveç Fondu dünyanın ən böyük əmlak sahibinə çevrildi? – BİZNES TARİXİ
FED.az xəbər verir ki, Azərbaycandakı Dövlt Neft Fondunun analoqu olan Norveç Dövlət Pensiya Fondunda 1,3 trilyon dollar vəsait toplanıb. Ona görə də Fondun zərərləri də nəhəng məbləğlərlə ölçülür.
Norveç vətəndaşları Neft Fondundakı pulların - ONLARA PAYLANMASINI İSTƏYİR
Xatırladaq ki, Norveç Fondunun fəaliyyəti və qarşılaşdığı itkilər Azərbaycanda da gündəmdədir. Belə ki, son günlər prezident İlham Əliyev öz çıxışlarında bir neçə dəfə dünyadakı suveren fondların böyük – yüz milyard dollarla zərərdə olduğunu qeyd edib. Həmin fondlardan birincisi Norveçin sözügedən Pensiya Fondudur.
Norveçin Neft Fondunda toplanan vəsait – FANTASTİK MƏBLƏĞƏ ÇATDI
Belə ki, Norveç Fondu bu ilin ilk 6 ayında 174 milyard dollar və ya buradakı vəsaitlərin 14,4%-ni itirib.
Nəticədə dünyanın ən böyük fondundakı vəsaitlərin həcmi 1,2 trilyon dollara enib.
Müqayisə üçün bildirək ki, dünya iqtisadiyyatının koronovirusdan sonra dirçəldiyi 2021-ci ildə fond 14,5% gəlir əldə etmiş və vəsaitlərini təxminən bu itirdiyi qədər artırmışdı.
«Fond o qədər böyükdür ki, buradakı zərər və mənfəət məbləğləri də böyük rəqəmlərlə ölçülür, Amma biz uzunmüddətli perspektivə investisiya edirik, ona görə də, belə dəyişikliklərə öyrəşməliyik»-deyə Norveç Fondunun baş direktoru Nikolay Tanqen nəhəng itkiləri şərh edərkən bildirib.
Bununla yanaşı, o da etiraf edib ki, vəziyyət qeyri-adidir, çünki fondun nəinki aksiyalara yatırdığı, hətta istiqrazlara yatırdığı vəsaitlər də zərər gətirib.
Belə ki, fondun səhmlərə yatırdığı investisiyalar 17% zərər gətirib.
Qeyd edək ki, Norveç Fondunun zərərinin əsas mənbəyi «Meta Platform»un («Facebook») səhmlərinin ucuzlaşması olub. Ümumilikdə Norveç Fondunun portfelindəki texnoloji şirkətlərin səhmləri 28% ucuzlaşıb.
Fondun zərər etmədiyi, mənfəət əldə etdiyi yeganə sahə energetika şirkətlərinin səhmləri olub – 13% artım.
Fiksə olunmuş gəlirliyə malik olan alətlərə yatırım fonda 9,3% zərər gətirib. Öərpa olunun enerji layihələrinə yatırımlar isə 13,3% zərər edib.
Doğrudur, fondun daşınmaz əmlaka yatırımları 7,1% gəlirlilik nümayiş etdirib, amma bu sektor Norveç Fondunun vəsaitlərində cəmi3% paya malikdir.
Yarım ildə fonda 37 milyard dollar vəsait daxil olub, valyuta dəyişiklikləri isə fondun dəyərini 66 milyard dollar atırıb.
İlin ilk yarısının sonuna olan vəziyyət Norveç Pensiya Fondunun vəsaitlərinin 68,5%-i səhmlərə, 28,3%-i istiqrazlara, 3% daşınmaz əmlaka və 0,1%-i bərpa olunan enerji layihələrinə yatırılıb.
Xatırladaq ki, Norveç Pensiya Fondu 1996-cı ildə ölkənin neft-qaz gəlirlərinin xarici aktivlərə yatırmaq yolu ilə qorunub saxlanması və artırılması məqsədilə yaradılıb.
«Financial Times» qəzeti bildirir ki, dünyada birjalarında ticarət olan bütün səhmlərin təqribən 1,5%-i bu fonda məxsusdur.
Ümumilikdə Norveç Fondu dünyanın 70 ölkəsindən olan 9300 şirkətin səhminə yatırım edib.
Şirkətin səhm portfelində ən böyük yeri «Apple», «Microsoft», «Alphabet» (Google), «Amazon.com» və «Nestle» şirkətlərinin səhmləri tutur. Şirkətin yatırım etdiyi istiqrazlar isə əsasən ABŞ, Yaponiya və Almaniyanın dövlət istiqrazlarıdır.
Şirkətə ən böyük zərəri də «Meta Platforms» (Facebook) səhmləri gətirib – bu səhmlərə yatırılan vəsaitlər 38 milyard kron və ya təqribdən 4 milyard dollar azalıb. Fond «Amazon»un səhmilərindən 3,6 milyard dollar, «Apple»in səhmlərindən isə 3,1 milyard dollar zərər görüb.
Ümumilikdə Fondun yatırım etdiyi ABŞ şirkətlərinin səhmləri 17,6%, Avropa şirkətləri 19,3%, Asiya şirkətləri isə 14,3% ucuzlaşıb.
Belə böyük zərənin səbəbi Rusiya-Ukrayna müharibəsi, qlobal iqtisadi böhran təhlükəsi fonunda səhmləri ucuzlaşması, eləcə də yüksək inflyasiyadır.
Bundan əvvəl Fondun ən böyük zərəri 2008-c ildə olub – faiz ifadəsində 23%, məbləğ olaraq isə 71,5 milyard dollar.
Hazırda fonddakı vəsaitlərin həcmi Meksiya iqtisadiyyatının həcminə bərabərdir, hansı ki, dünyada iqtisadiyyatın böyüklüyünə görə 16-cı yeri tutur.