Norveçin Neft Fondu 2019-cu ildə daha 180 milyard dollar artaraq öz tarixi rekordunu təzələyib.
FED.az xəbər verir ki, indi fondda 1 trilyon 65 milyard dollar vəsait toplanıb.
Eləcə də bax: Necə oldu ki, Norveç Fondu dünyanın ən böyük əmlak sahibinə çevrildi? – BİZNES TARİXİ
Ötən il Fondun vəsaitləri 19,9% və ya 1,69 trilyon kron (180 milyard dollar) yüksəlib. Fonddakı səhmlər 26 faiz, istiqrazlar 7,6 faiz, daşınmaz əmlak dəyəri isə 6,8 faiz artıb.
Ümumiyyətlə, fondun investisiya portfelinin 70,8%-i səhmdə, 26,5%-i sabit gəlirli qiymətli kağızlarda və 2,7%-i daşınmaz əmlak investisiyalarında olub.
Qeyd edək ki, Norveçin neft kəşf etməsindən 50 il keçdi və düzgün idarəetmə nəticəsində indi fondun ölçüləri trilyon dolların üstündədir.