İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən hakimliyə namizədlərin ilkin uzunmüddətli hazırlıq kursu proqramı üzrə “İstehlakçı hüquqlarının müdafiəsi mexanizmləri” mövzusunda mühazirə keçirilib.
Azərbaycanda «Bolt» taksi şirkəti - 100 MİN MANAT CƏRİMƏ EDİLİB
FED.az xəbər verir ki, mühazirə zamanı hakimliyə namizədlərə istehlakçıların hüquq və vəzifələri, hüquqların pozulmasına görə məsuliyyət tədbirləri, müvafiq sahədə işlərin məhkəmə aidiyyəti barədə məlumat verilib.
Sonda suallar cavablandırılıb və istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı təkliflər müzakirə olunub.