İqtisadi böhranın ölçülərinin getdikcə pisləşdiyi Sudanda aprel ayında illik inflyasiya 98,81 faizə yüksəlib.
FED.az xəbər verir ki, Sudan Mərkəzi Statistika Təşkilatı, aprel ayında inflyasiyanın mart ayına nisbətən 17,17 faizə çatdığını açıqlayıb. Buna görə, mart ayında 81,64 faiz olan illik inflyasiya aprel ayında 98,81 faizə yüksəldi.
Bu ölkə tarixində 9-cu dəfə - MÜFLİS OLMAĞA HAZIRLAŞIR
Mərkəzi Statistika İnstitutu, bildirir ki, inflyasiyanın belə kəskin artmasının səbəbi bütün ərzaq və içki qruplarının, xüsusən də yağ, ət, şəkər, paxlalıbitkilər və yanacaq böhranı səbəbiylə nəqliyyat xərcləri və kömür və odun qiymətlərinin əhəmiyyətli dərəcədə artması olub.
Sudan iqtisadiyyatı yüksək inflyasiya, valyutanın dollara nisbətdə dəyərdən düşməsi və nağd pul qıtlığı kimi səbəblərə görə çətin bir dövr keçir.
Neft bazarında yeni oyunçu - OPEK-İ DAĞITMAĞA BAŞLAYIB
Neftlə zəngin Cənubi Sudanın ayrılması ölkəni gəlirdən məhrum edib
Cənubi Sudan 2011-ci ildə referendumu tərk etdikdən sonra, neft gəlirlərinin təxminən 80 faizini itirən Xartum hökuməti hələ o dövrdə daxil olduğu iqtisadi böhrandan indiyədək qurtula bilmədi. 30 il davam edən Ömer əl-Bəşir dövrü, dəbdəbəli həyatının olması səbəbiylə 19 dekabr 2018-ci ildə Sudanda başlayan nümayişlərdən sonra, 11 aprel 2019-cu ildə hərbi müdaxilə ilə sona çatdı. Ölkə rejimi və hökuməti dəyişdirsə də, iqtisadi böhrandan qurtula bilmədi.