26 aprel 2022-ci il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "PAŞAİNVEST I" MMC-ni dövlət qeydiyyatına alıb.
Eləcə də bax: Bu istiqraz investorlara bir ildə 8,5% qazanc gətirəcək - MÜSAHİBƏ
FED.az xəbər verir ki, şirkətin qanuni təmsilçisi Nəriman Sərdarlı Həsən oğludur. Nəriman Sərdarlı "PAŞA Bank"ın Müşahidə Şurasının üzvüdür.
1000 manat nizamnamə kapitalı olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pr ev 153-dür (Port Baku). (Marja)