2020-ci ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 996,7 milyon manat vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə, sərmayənin 60,8 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Ümumi sərmayənin 70,6 faizi məhsul istehsalı sahələrinə, 17,5 faizi xidmət sahələrinə, 11,9 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 61,1 faizini təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 73,7 faiz, büdcə vəsaitləri 14,2 faiz, əhalinin şəxsi vəsaitləri 6,8 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri 3,4 faiz, bank kreditləri 1,2 faiz, sair vəsaitlər isə 0,7 faiz təşkil edib.