Xaricilərin Azərbaycanda istədiyi – 3 VACİB İSLAHAT
14:2313 İyun 2019
Avropa İttifaqı (Aİ-nin) Azərbaycandakı Nümayəndəliyinin maliyyə və texniki dəstəyi ilə Alman-Azərbaycan XariciTicarət Palatası (AHK Azərbaycan) tərəfindən 2019-cu ilin yanvar-fevral ayları ərzində Azərbaycandakı hazır ki, iqtisadi vəziyyət , biznes və investisiya mühitinə dair fikirləri əks etdirən sorğu keçirilib.
FED.azxəbər verir ki, sorğunun nəticələrinə görə, Aİ şirkət rəsmilərinin fikrincə islahat aparmalı olan əsas dövlət qurumları aşağıdakılardı.
Vergi sistemi (razılıq faizi 17%)
Gömrük sistemi (razılıq faizi 16%)
Təhsil və hüquq sistemi (razılıq faizi13%)
Aİ şirkətləri ASAN xidmətin işini yüksək qiymətləndirib. Belə ki, səs verənlərin 65%-i ASAN-ın tabeliyində Elektron Hökumətin İnkişafı Mərkəzinin effektivliyini yüksək qiymətləndirib.
Aİ şirkətlərinin fikrincə isə İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyəti səmərəsizdir. Belə ki, bu qurumun səmərəliliyi 25% göstərilib.
Qeyd edək ki, Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin maliyyə və texniki dəstəyi ilə Alman-Azərbaycan XariciTicarət Palatası (AHK Azərbaycan) tərəfindən 2019-cu ilin yanvar-fevral ayları ərzində aparılan bu ilki sorğu ardıcıl olaraq həyata keçirilən sayca dördüncü sorğudur. Sorğu 130 onlayn cavab , 20 üzbəüz müsahibə və təmsil olunan 16 sektor üzrə aparılıb.