2018-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 3 milyard 992 milyon manat olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədək təqribən 1.7 dəfəyədək azalma deməkdir
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin yanvar-sentyabr ayında iqtisadiyyata 6 milyard 604 milyon manatlıq xarici sərmayə yönəlib. DSK hesabatında azalmanın səbəbini neft sektoruna yatırılmış investisiyaların azalması ilə əlaqələndirir.
Statistikaya görə, cari ilin doqquz ayında xarici investisiyaların ümumi sərmayədəki payı 39.4 faiz olub.
Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin böyük hissəsi Birləşmiş Krallığa məxsusdur. Birləşmiş Krallığa məxsus biznes təşkilatlaırn tərəfindən 3 milyard 217 milyon manat vəsait yönəlib. Bu da iqtisadiyyata yatırılan xarici investisiyanın 80.6 faizini təşkil edir. Bunda başqa İsveçrə, Türkiyə, Malayziya, ABŞ, Yaponiya, Rusiya, İran və Çexiya sərmayədarı da bu ilin doqquz ayında Azərbaycana yatırım ediblər.