“Xalq Kapital İnvestisiya Şirkəti” QSC 2020-ci ili 58 min manat xalis mənfəətlə başa vurub.
Eləcə də bax: "PSG-Kapital İnvestisiya Şirkəti"nin xalis mənfəəti 3 dəfəyə yaxın - Artıb
FED.az qurumun maliyyə hesabatına istinadən xəbər veerir ki, bu, 2019-cu illə müqayisədə 14,7% azdır.
Ötən il “Xalq Kapital"ın vergiyəqədərki mənfəəti 74 min manat (14% az), mənfəət vergisi ödəmələri isə 15 min manat (16,7% az) təşkil edib.
Bu il yanvarın 1-nə “Xalq Kapital"ın aktivləri 688 min manat olub ki, bu da illik müqayisədə 12,4% çoxdur. Hesabat dövründə investisiya şrkətinin öhdəlikləri 4,4 dəfə artaraq 22 min manata, balans kapitalı isə 9,5% artaraq 666 min manata çatıb.
Xatırladaq ki, “Xalq Kapital” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 420 min manatdır. İnvestisiya şirkətinin səhmdarı 100% “Xalq Bank” ASC-dir. (Report)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.