ZZ GROUP şirkəti könüllü əsaslarla işləmək arzusunda olan tələbə, məzun və gəncləri 4 fəaliyyət istiqaməti üzrə əməkdaşlığa dəvət edir.
- Tərcüməçi
- Jurnalist
- İT şöbəsinin köməkçisi
- SMM şöbəsinin köməkçisi
- Təcrübəyə sərbəst iş qrafikində cəlb olunmaq və işləmək imkanı olan tələbə, məzun və gənclər;
- Azərbaycan və rus dillərini əla bilən (ingilis dili və ya digər dillər arzuolunandır);
- Dəqiq, məsuliyyətli, punktual, çalışqan və məqsədyönlü;
- Kollektivdə işləməyi bacaran, səmimi, xoşrəftar, operativ və yaradıcı;
- Əla ünsiyyətqurma və təqdimetmə bacarığına sahib olan;
- Nəzərdə tutulan işləri müəyyən olunmuş qrafik üzrə yerinə yetirmək
- İşlə bağlı təhkim olunduğu rəhbərliyin verdiyi tapşırıqları vaxtında yerinə yetirmək
Tərcüməçi vakansiyası üzrə tələblər:
- Azərbaycan, rus və ingilis dillərini əla bilmək, o cümlədən bu dillərin qrammatika və normalarını yüksək şəkildə mənimsəmiş olmaq;
- Azərbaycan, rus və ingilis dillərində (digər dillər arzu olunandır) yazılı tərcümə etmək bacarığı, şifahi nitq də arzuolunandır
- Kompyuteri və ofis proqramlarını bilmək, ofis avadanlıqlarından istifadə etməyi bacarmaq
- İşində dəqiq, məsuliyyətli və punktual, eləcə də işgüzar olmaq, komandada işləmək
- Mətnləri tərcümə etmək və strukturlaşdırmaq
- Saytda yerləşdiriləcək materialların tərtib olunmasında müəlliflərə kömək göstərmək
- Saytın bölmələrini müvafiq məlumatla tamamlamaq, yenilikləri izləmək
- Material və məqalələrin müəllifləri ilə daimi əlaqədə olmaq
- ADA və Azərbaycan Dillər Universitetinin tələbə və məzunlarına üstünlük veriləcəkdir.
Jurnalist vakansiyası üzrə tələblər:
- Azərbaycan, rus və ingilis dillərini əla bilmək (digər dillər arzuolunandır);
- Ünsiyyətqurma və təqdimetmə bacarığına malik olmaq;
- Müsahibləri tapmaq, onlarla ünsiyyət qurmaq, onlardan müsahibə almaq;
- Müsahibə suallarını və anket sorğularını hazırlamaq;
- Unikal və aktual mövzulara toxunmaq;
- Müxtəlif mövzuları (əsasən iqtisadi, maliyyə, sənaye; incəsənət, dəb və s.) araşdırıb onların mətnlərini hazırlamaq, yığmaq, korrektə və redaktə etmək;
- Analitik düşünmək və təhlillər aparmaq; auditoriyaya uyğun mövzular seçmək;
- Saytın kontentinin doldurulmasına kömək etmək;
- Tədbirlərdə iştirak etmək;
- Kreativ düşüncə tərzinə malik olmaq və yaradıcı fikirlər irəli sürmək.
- Jurnalistika fakultəsini bitirmiş tələbə və məzunlarına üstünlük veriləcəkdir.
İT şöbəsinin köməkçisi vakansiyası üzrə tələblər:
- Azərbaycan, rus və ingilis dillərini bilmək
- Proqramlaşdırma dilini bilmək
- HTML, CSS, Java Script, Jquery, PHP və digər Web proqramlaşdırma dillərini bilmək
- İT sahəsində təhsil alan tələbə və məzunlara üstünlük veriləcəkdir.
- İT şöbəsinin menecerinə yardım etmək, onun verdiyi tapşırıqları icra etmək
SMM şöbəsinin köməkçisi
- Azərbaycan, rus və ingilis dillərini əla bilmək (digər dillər arzuolunandır);
- Ünsiyyətqurma və təqdimetmə bacarığına malik olmaq
- Sosial media və marketinq sahəsində biliklərə sahib olmaq
- SMM (sosial media və marketinq) şöbəsinin menecerinə yardım etmək, onun verdiyi tapşırıqları icra etmək
- Tədbirlərdə iştirak etmək, müsahiblərlə görüşmək
- Kreativ düşüncə tərzinə sahib olmaq, yaradıcı fikirlər irəli sürmək
- İncəsənət sahəsinin incəliklərini bilmək
İş barədə ümumi məlumat:
İş yeri: Bakı şəhəri
İş qrafiki: həftənin 5 günü (şənbə-bazar günləri, bayram günləri istisna olmaqla)
İş saatı: sərbəst
Təklif edilən imkanlar:
Könüllü kimi 3 ay müddətində işləyib öhdəliklərini uğurla başa vuran könüllülərin hər birinə ZZ GROUP tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcəkdir. Bu da həmin gənclərin növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaqdır.
Qeyd edək ki, yüksək səviyyədə fərqlənən könüllülərə sertifikat və xasiyyətnamə ilə yanaşı eyni zamanda bonus da veriləcək və onlar gələcəkdə komandamızda daimi iş əldə etmək imkanı qazanacaqlar.
Bu 3 ay müddətində bizimlə çalışan bütün könüllülər iş təcrübəsi, yeni tanışlıqlar və müsbət təəssüratlar qazanacaqlar.
Sizləri sıralarımızda görməyə şad olardıq.
Arzu edən şəxslər öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.
Qeyd: Seçim iki mərhələdən ibarətdir. İlk mərhələ CV-lərin nəzərdən keçirilib uyğun namizədlərin seçilməsi, ikinci mərhələ isə seçilən namizədlərin şirkət ofisinə müsahibə üçün dəvət olunmasıdır.
Son müraciət tarixi: 15.08.2016