Maliyyə-investisiya bazarları sahəsində çoxillik təcrübəyə və biliyə malik olan daha bir peşəkar kadr bu günlərdə “Unicapital” İnvestisiya Şirkətində əhəmiyyətli vəzifəyə təyinat alıb.
Eləcə də bax: "Unicapital"ın rəhbərliyində - YENİ TƏYİNATLAR OLUB
FED.az xəbər verir ki, şirkətin baş menecerinin qərarı ilə Seymur İbadov “Unicapital” İnvestisiya Şirkəti ASC-nin “Araşdırmalar və investisiya məsləhəti şöbəsi”nin müdiri təyin olunub. Seymur İbadov bu vəzifəyə təyin olunanadək Paşa Həyat Sığorta ASC-də “İnvestisiya şöbəsi”nin müdiri olub. O, 12 ildən artıq Azərbaycan Dövlət Neft Fondunda müxtəlif vəzifəsində çalışıb. Hazırda UNEC-in MBA Dissertasiya Komitəsinin üzvü olan Seymur İbadov, İqtisadiyyat üzrə Fəlsəfə doktorudur. Ölkənin qabaqcıl ali məktəblərində makroiqtisadiyyat, investisiya və portfel idarəetməsi, maliyyə bazarları, statistika üzrə mühazirə dərsləri aparır.
Nizamnamə kapitalı 100%-lik “Unibank”a məxsus olan “Unicapital” İnvestisiya Şirkəti, 2007-ci ildən qiymətli kağızlar bazarında böyük təcrübəsi olan və Azərbaycan qiymətli kağızlar bazarında aparılan əməliyyatların həcminə görə ilk sıralarda yer tutan bir şirkətdir və hal-hazırda Bakı Fond Birjasında ən uzunmüddətli üzvlüyə malikdir. Şirkətin ümumi kapitalı 1,8 milyon manat civarındadır.