Hazırda Türkiyə ən azı 1 milyon dollarlıq daşınmaz əmlak alan əcnəbilərə vətəndaşlıq verir.
FED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu limitin 300 min dollara endirilməsi nəzərdə tutulur.
Limitin 300 min dollara endirilməsilə əlavə illik 10 milyard dollarlıq əmlak satışı baş verəcəyi qeyd edilir.
Əcnəbilər Türkiyədə əsasən dəyəri 100 min dollar ilə 300 min dollar arasında olan mənzillərə üstünlük verirlər.