Banner

İnvestisiya

Startaplar üçün ilkin kapital tələb etməyən 10 biznes ideya

Startaplar üçün ilkin kapital tələb etməyən 10 biznes ideya | FED.az
19:39 27 İyul 2016
Hər hansı bir biznesi açmaq maliyyə öhdəliyi tələb edən bir prosesdir. Lakin maliyyə imkanlarının olmaması maraqlı və faydalı fikirlərə malik biznesə başlamaq istəyən şəxslər üçün bir məhdudiyyət anlamına gəlməməlidir, çünki elə bizneslər var ki, maliyyə vəsaitlərinin olmasını tələb etmir və ya çox az miqdarda maliyyə vəsaitinin qoyulmasını tələb edir. Bu startaplar barədə məlumatı biznesinə sıfırdan başlamaq istəyən şəxsləri ruhlandırmaq məqsədilə aşağıda veririk.
  1. Kontentin yaradılması
Sosial media və 24 saat xəbər təklif edən portallar yaradıcı insanlar, xüsusilə də yazıçılar, qrafik dizaynerlər kimi peşəkarlar üçün hər cür imkanlar yaradır. Onlar öz istedadlarından istifadə edərək şirkətlər və informasiya agentlikləri üçün yüksək keyfiyyətli və ümumi məzmunlu kontent qururlar. İqtisadiyyatın əhəmiyyətli dərəcədə inkişafı sayəsində frilanserlərin və müqavilə əsasında yarım gün çalışan işçilərin sayı getdikcə artır. Nəticədə, bu vəziyyət işəgötürənlərin nisbətən az maliyyə xərci çəkməsi ilə nəticələnir.
  1. Tədbirlərin planlaşdırılması və təşkili
Əgər siz də yüksək təşkilatçılıq bacarıqlarına malik detallara qarşı diqqətli olan, hamını bir araya toplamağı sevən bir şəxssinizsə, o zaman yaxşı tədbir təşkilatçısı ola bilərsiniz və tədbirlərin təşkil edilməsi istiqamətində öz biznesinizi qura bilərsiniz. Toylarda, ad günü şənliklərində və s. bu kimi tədbirlərdə işləməklə tədbir təşkilatçıları həmin şənliklərə rəhbərliyi üzərinə götürüb ev sahiblərinin işini yüngülləşdirir. Belə tədbirləri təşkil etməklə siz böyük təcrübə toplaya bilərsiniz. Bu, həmçinin sizə təchizatçılarla və yeni şəxslərlə əlaqələr qurub davamlı məlumat bazası yaratmağa kömək edəcəkdir. Beləliklə, siz müştərilərinizə onların xəyallarındakı hadisəni reallaşdırmağa kömək edə bilərsiniz.
  1. Konsyerj xidməti
Valideynlər iş öhdəlikləri, o cümlədən uşaqlarını bir fəaliyyət növündən digərinə aparmaq ilə məşğuldurlar. Belə ki, işləyən valideynlərin çoxunun vaxtı olmur ki, məsələn, baqqala gedib alış-veriş etsin və ya poçt vasitəsilə bağlamalar göndərsin. Bu zaman vaxta qənaət etmək, eləcə də həyatlarını yüngülləşdirərək onların günlərini bir az daha önəmli məsələlərə ayırmalarını təmin etmək üçün siz həmin valideynlərə konsyerj xidmətləri təklif edə bilərsiniz. Bu işin dəyərini saathesabı əsasla və ya tapşırığa uyğun əsasla müəyyən edə bilərsiniz.
  1. Musiqi dərsləri
Musiqi istedadına malik insanlar musiqi alətlərində çalmağı öyrənmək istəyənlərə dərslər təklif edə bilər. Bu da əlavə qazanc əldə etmək üçün gözəl imkandır. Piano dərsləri deyil, digər dərslər verirsinizsə, o zaman tələbələriniz evinizə saathesabı dərslərdə iştirak etmək üçün öz musiqi alətlərini gətirə biləcəklər.
Öz potensial müştərilərinizə geniş çeşidli seçim təklif edə bilərsiniz. Səs tələb edən dərslər (vokal dərslər) də həmçinin sizə çoxlu pul qazandıra bilər.
  1. Sosial media konsaltinqi
Böyük şirkətlər öz Facebook və Twitter hesablarını, bloqlarını idarə edən agentliklər və ya tam gün bununla məşğul olacaq işçi heyəti tuturlar. Lakin kiçik biznes şirkətləri çox vaxt özləri sosial şəbəkələrindəki media marketinqi ilə məşğul olmalıdırlar. Çoxlu sayda öhdəliklərinin olmasını nəzərə alaraq, həmin biznes sahibkarları vaxtlarını mükəmməl sosial media strategiyasının qurulmasına sərf edə bilmir, çünki onlar çox məşğul və ya hədsiz dərəcədə yüklənmiş olurlar. Siz bir məsləhətçi kimi onlara bu işdə yardım əli uzada bilərsiniz və onların hədəf auditoriyasına cədvəllər və kontent göndərməklə daha yaxşı taktika müəyyən etmələrinə kömək edə bilərsiniz. Onların izləyicilərinin sayı artdıqca, sizin biznesiniz də inkişaf edəcəkdir.
  1. Etsy mağazasının sahibi
Etsy məşhur onlayn ticarət platformasıdır və sərbəst ticarət aparmaq üçün minlərlə böyük istehsalçıları və riteylerləri özündə birləşdirir. Etsy mağazasını açmaq inanılmaz dərəcədə asan və əlverişlidir. Bunun üçün sadəcə saytda pulsuz qeydiyyatdan keçib mağaza açmaq lazımdır. Habelə, bu biznes sahibkarları bilməlidirlər ki, bu saytda satış həyata keçirmək üçün 3 pul haqqı tələb olunur: siyahıya salma, tranzaksiya/köçürmə və əməliyyat ödəniş-prosessinq xərcləri.
  1. Onlayn kurslar və məşğələlər
Siz nə ilə maraqlanırsınız və məşğulsunuz? Yoqa, yoxsa yemək bişirmə, ya da veb-dizayn? Əgər bunlardan birini bilirsinizsə, o zaman bunları öyrənmək istəyən şəxslərə virtual dərslər keçməklə yaxşı pul qazana bilərsiniz. Bunun üçün sayta təlimat və məşğələ paketlərini, dərs videolarını yükləyə bilərsiniz. Ya da Skype dərsləri qrafikini planlaşdırıb potensial müştərilərinizə real vaxtda dərs keçə bilərsiniz. Təlimçiləri ruhlandıracaq digər variant isə virtual məşğələlərin və ya evlərdə məşğələ xidmətinin təklif edilməsi ola bilər.
  1. Şəxsi aşpaz
Şəxsi aşpaz işləyə bilməkdən ötrü bişirmə sənətinin incəliklərinə sahib olmalı, yeməklərin tərkibini və xüsusi pəhriz tələb edən yeməklərin reseptini yaxşı bilməlisiniz. Bunun üçün kulinariya məktəbini bitirməniz tələb olunmur, lakin bəzi yemək bişirmə dərsləri alsanız pis olmazdı, çünki bu dərslər sizin bilik və potensialınızı bir qədər artıra bilər. Əgər yemək bişirməklə yanaşı öz müştərilərinizin əvəzinə mağaza və ya supermarketlərə gedib xörək bişirməniz üçün tələb olunan inqredientləri alacaqsınızsa, bunu əlavə xidmət haqqı kimi göstərərək müştərilərinizlə razılığa gələ bilərsiniz.
  1. Tərcümə xidməti
İkinci bir dil bilirsinizsə, həmin dildə əla yazıb-danışmaq qabiliyyətiniz varsa və bir dildən digərinə tərcümə edə bilirsinizsə, o zaman tərcüməçi kimi işləyə bilərsiniz. Bunun üçün şirkətlərlə, məktəblərlə, xəstəxanalarla, məhkəmələrlə və konfrans mərkəzləri ilə işləyən tərcümə mərkəzinizi aça bilərsiniz.
  1. Proqram təminatının öyrədilməsi üzrə məşğələ
Proqram təminatını yüksək ixtisaslı səviyyədə bilirsinizsə, o zaman öz biliklərini artırmaq və təkmilləşdirmək istəyən həvəskarlara və peşəkarlara məşğələ keçə bilərsiniz.

QuickBooks və Final Cut Pro kimi proqramlar üçün texniki təlimat kitabçaları da vardır. Lakin onlar çox bahalı və orta səviyyəli istifadəçi üçün çətin başa düşüləndirlər. Kiçik qruplara vorkşoplar (seminarlar) təşkil edin və ya fərdi seanslar keçirin və proqramın tam tədris materialını verib təlimini keçdikdə mütləq saathesabı qiymət müəyyənləşdirin. Səbr və yüksək şəxsi keyfiyyətlərin olması bu iş üçün çox önəmlidir.

Mənbə: www.businessnewsdaily.com

Digər xəbərlər

Banner