"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi bu il Azərbaycanın əsas kapitalına yönələn vəsaitin ÜDM-ə nisbətinin 2,8 faiz bəndi artaraq 22,9% təşkil edəcəyini proqnozlaşdırır.
Eləcə də bax: "S&P" Azərbaycanın kredit reytinqini "BB+/B" səviyyəsində təsdiq edib
FED.az xəbər verir ki, bu barədə agentliyin açıqlamasında deyilir.
Qeyd olunub ki, ölkə iqtisadiyyatına yatırılacaq investisiyalar 2021-2023-cü illər aralığında tədricən azalacaq və müvafiq olaraq ÜDM-in 21,6%, 20,8% və 19,7%-ni təşkil edəcək.
Xatırladaq ki, ötən il ölkə iqtisadiyyatının əsas kapitalına yönəldilmiş vəsaitlər 2,3% azalaraq 17,18 mlrd. manat və ya ÜDM-in 21%-ni təşkil edib. (Apa)