SOCAR Rusiyada metanol zavodu inşa edə bilər.
FED.az "Report”a istinadən xəbər verir ki, bunu “SOCAR Polymer” şirkətinin baş direktoru Fərid Cəfərov Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumu zamanı jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bununla bağlı Rusiya şirkəti ilə danışıqlar aparılır: “Söhbət irimiqyaslı istehsalatdan gedir. Biz "SOCAR Polymer" təcrübəsini daha da artırmaq fikrindəyik”.
F.Cəfərov sözügedən layihənin Rusiyada qazın sərfəli qiyməti sayəsində rəqabətqabiliyyətli ola biləcəyini vurğulayıb:
"Zavodda Rusiya xammalının istifadə ediləcəyi güman olunur".
SOCAR-in xaricdə zavodları artacaq - AÇIQLAMA
22:00
27 Sen 2018