İnvestisiya

“Sərmayə qoymaq istəyənləri həvəsləndirəcək”

“Sərmayə qoymaq istəyənləri həvəsləndirəcək” | FED.az
21:30 11 Yan 2019

Azərbaycanda inflyasiya cəmi 2,3 faizdir, əhalinin pul gəlirləri 9,2 faiz artıb. Göründüyü kimi, əhalinin gəlirləri inflyasiyanı üstələyir.
 
FED.az-ın məlumatına görə, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
 
ELƏCƏ DƏ BAX: Borcu azalda-azalda getməliyik – PREZİDENT
 
Dövlət başçısı deyib ki, əgər biz 2017-ci ilə nəzər salsaq görərik ki, inflyasiya 12 faizdən çox idi, indi isə 2,3 faizdir: “Manatın məzənnəsi sabitdir. Kənd təsərrüfatı 4,6 faiz artıb. Hesab edirəm ki, bu da yaxşı göstəricidir. Ölkə iqtisadiyyatına keçən il 17,2 milyard manat sərmayə qoyulub. Çox böyük rəqəmdir və ən sevindirici hal ondan ibarətdir ki, bu sərmayənin 11 milyard manatı, ondan da çoxu ölkəmizin qeyri-neft sektoruna qoyulan sərmayədir. Yəni, bu, onu göstərir ki, Azərbaycan sərmayə qoyuluşu üçün çox cəlbedici ölkədir. Dünya Bankının son hesabatında bizim 25-ci yerə qalxmağımız hesab edirəm ki, sərmayə qoymaq istəyənləri daha da həvəsləndirəcək və ölkəmizə daha çox sərmayə qoyulacaqdır".

Digər xəbərlər

Banner