Azərbaycanda fəaliyyət göstərən sənaye parklarına daha 1,1 milyard dollar investisiya yatırılacaq.
FED.az xəbər verir ki, bunu Bakıda keçirilən 4-cü Aİ-Azərbaycan biznes-forumunda çıxışı zamanı Azərbaycan iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.
O qeyd edib ki, bu günədək Azərbaycandakı sənaye parklarına 2,5 milyard dollar investisiya yerləşdirilib.