Azərbaycan bu günədək İsveçrəyə 2,6 milyard dollar investisiya qoyub.
FED.az xəbər verir ki, bu barədə çərşənbə günü Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov Cenevrədə mətbuat konfransında deyib.
O qeyd edib ki, İsveçrəyə Azərbaycandan əsasən qızıl ixracı həyata keçirilsə də, bir müddət əvvəl neft ixracı da başlayıb.
"Avropa enerji ehtiyatları ixracımızın əsas istiqamətidir. Azərbaycan Avropaya başlıca qaz tədarükçülərindən olmaqla, yaxın beş il ərzində tədarükü iki dəfə artırmağı planlaşdırır", - səfir deyib. (Trend)