Sahibkarlar unikal qrup insanlardır. Onlar nəinki fərqli düşünür, həmçinin fərqli addımlar atırlar. Onlar ağlasığmayan və dahi fikirlər arasında bir cizgi çəkərək gözəl fikirlər irəli sürür, şəxsi xüsusiyyətləri, vərdişləri və düşüncə tərzləri ilə ətrafdakıları özlərinə cəlb edirlər. Lakin orijinal şəkildə düşünə bilmək və məsələn, maşınlardakı benzini digər bir vasitə ilə əvəz etmək fikrini irəli sürmək hələ sizin sahibkar ola biləcəyiniz anlamına gəlmir.
Əgər “nə vaxtsa sahibkar ola bilərdimmi?” sualı sizi maraqlandırırsa və bunu yoxlamaq istəyirsinizsə, aşağıdakı siyahıya diqqət yetirin. Bu xüsusiyyətlərin və ya bacarıqların hamısının sahibkar olmanız üçün sizdə olması şərt deyil, sadəcə onlardan bəzisi sizdə varsa, demək bu, sizin sahibkar ola biləcəyinizin gözəl əlamətlərindən sayıla bilər.
1. Heç kimə tabe olmadan, yəni öz-özünə işləmək. Siz kiməsə deyil, məhz özlərinə işləyən bir şəxsiyyətlər ailəsində dünyaya gəlmisiniz və valideynləriniz yalnız öz-özlərinə işləyirlər. Düzdür bu fakt bütün sahibkarlara şamil edilmir. Lakin bir çoxlarının ailə tarixçəsinə baxdıqda görərik ki, ailələrindəki valideynlərdən biri və ya hər ikisi öz-özlərinə rəhbərdirlər və kiməsə tabe olmurlar.
2. Perfeksionist (mükəmməlliyi sevən) olmaq. Status-kvodan xoşunuz gəlmir. Hər zaman insanların etdiyi şeyləri sorğulayır və bunları nə üçün etdikləri ilə bağlı suallar verib düşünən birisiniz. Hər şeyi daha yaxşı etməyə cəhd göstərirsiniz və bununla əlaqədar qərarlar qəbul edib tədbirlər görmək niyyətindəsiniz.
3. Özünə güvənən olmaq. Haçansa heç pessimist olan və ya özünə ikrah hissi ilə yanaşan bir sahibkar görmüsünüz? Bu barədə bir qədər düşünün, çünki əgər bütün bunlardan sonra siz yenə də özünüzə güvənmirsinizsə, o zaman necə digər insanlar sizə etibar edə və inana bilər? Sahibkarların böyük əksəriyyəti onları əhatə edən hər bir şey barədə çox optimistikdirlər.
4. Səbirli olmaq. Bəzən elə vaxtlar olur ki, işinizə həddən artıq çox vaxt sərf edirsiniz və lakin bir dollar belə qazanc əldə edə bilmirsiniz. Bu zaman səbirli olmaq irəliyə doğru getmək və getdiyiniz yolda dayanmamaq üçün ən düzgün yanaşmadır.
5. Vaz keçməmək. “Yox” sözünü bir cavab olaraq qəbul etməyin, çünki əsl sahibkar heç vaxt vaz keçmir.
6. Heç nədən inanılmaz və ağlasığmayan əməkdaşlıqlar yaratmaq qabiliyyətiniz var, çünki lazımi məqamları birləşdirmə bacarığına maliksiniz. İnsanlar sizə doğru meyl edir, çünki siz onların rəğbətini qazana bilirsiniz. Çox vaxt bu, sizin səbirli və işə can yandıran olmağınızdan qaynaqlanır.
7. Vaxtınızın böyük hissəsini yoldaşınız və ya həyatınızın daha önəmli yerini tutan insanla keçirmək əvəzinə öz həmtəsisçiniz ilə keçirirsiniz.
8. Təhsilini yarımçıq buraxmaq. Siz də Bill Qeyts, Stiv Cobs və Mark Zukerberq kimi tanınmış şəxslərin etdiyi şəkildə təhsilinizi yarımçıq buraxmısınız.
9. Gündəlik marşrutu, iş bölgüsünü düzgün seçmək.
10. Pis işçi olmusunuz və çox vaxt işdən çıxarılmısınız. Narahat olmayın, yalnız deyilsiniz. Sahibkarların bəziləri həyatlarında dəfələrlə işdən çıxarılıb və belə halla üzləşiblər. Belə bir halı pis işçi və ya pis insan olmağınızın əlaməti kimi qəbul etməyin. Bəzən bu, sizin DNK-nız ilə bağlı olan məsələdir, yəni qanınızda vardır.
11. Müdiriyyətə və ya səlahiyyətli şəxslərə qarşı daim müqavimət göstərirsiniz, onlarla əsaslı şəkildə mübahisə edirsiniz və buna görə də işinizdə qalmaqla bağlı probleminiz yaranır.
12. Düşünürsünüz ki, iş təhlükəsizliyinin birdən çox təyinatı və tərifi var: Anlayırsınız ki, bir xırda səhvə görə sizin bütün karyeranızı dağıda bilən müdirinizə etibar etməkdənsə, işiniz elə sizin nəzarətiniz altında olsa daha təhlükəsizdir. Buna görə də öz işinizi, biznesinizi qurmağa qərar verirsiniz.
13. Qarderobunuzun böyük hissəsi şirkət adını və ya loqosunu əks etdirən köynəklərdən ibarətdir.
14. Sizin rəqabətyönlü təbiətiniz var və uduzmağı bacarırsınız, lakin uduzmağınız sizi ruhdan salmır. Buna gələcəkdə eyni səhvləri etmədən uğur qazana bilməyin bir yolu kimi baxırsınız. Hər zaman bilirsiniz ki, gördüyünüz işi daha yaxşı edə bilərsiniz.
15. Hər səhər durarkən poçtunuzu yoxlayırsınız.
16. Sevdiyiniz məşğuliyyətlə məşğul olursunuz və puldan daha dəyərli, daha yaxşı və daha faydalı olan şeylərin mövcudluğuna inanırsınız.
17. Tətil ideyanız sizin üçün işlərinizi görməkdə heç bir məsələnin sizə mane ola bilməyəcəyi bir iş günündən ibarətdir.
18. İşsizsiniz, lakin bunu normal qəbul edirsiniz. Düşünürsünüz ki, həyat təcrübəsi, öz biznesini qurmaq 9-dan 5-dək ofisdə oturmaqdan və ofis prosedurlarına alışaraq tabe olmaqan daha dəyərlidir.
19. Həftədə 60 saatdan çox işləyirsiniz, nəticədə mənfəət əldə edirsiniz.
20. Öz şəxsi şirkətinizin olmasını və orada öz nəzarətiniz altında olmağı istəyirsiniz. Tipik olaraq şirkətdə baş verən bir çox şeyləri öz nəzarətiniz altında saxlamaq istəyirsiniz.
21. Hər yerdə imkanların olduğunu görürsünüz. Məsələn, binaya girərkən belə o binanın dəyəri, onun içərisində çalışan şirkətlər barədə düşünürsünüz və bu, sizə maraqlı gəlir.
22. Dar çərçivədə qalmadan daha geniş düşünürsünüzsə, bu sahibkar olmağınıza yol açan daha bir əlamət və ya nişanə ola bilər.
23. Şəxsiyyətinizi sınayırsınız. Məsələn: bunun üçün “Enneagram Institute” institutunun təklif etdiyi şəxsiyyətinizi yoxlama testindən keçirsiniz və nəticədə “islahatçı” tipli bir şəxsiyyətinizin, məqsədyönlü, özünü idarəedən və perfeksionist (yəni mükəmməlliyə meyilli) bir tipinizin olduğu müəyyənləşir.
24. Sevimli “kofe-şoplarınızda” elektrik rozetkalarına yaxın yeləşən oturacaqların ən yaxşı oturacaqlar olduğunu düşünürsünüz. Çünki belə yerlər sizə orada daha uzun müddət oturub öz noutbukunuzda şəbəkəyə taxılı vəziyyətdə işləmək imkanı verəcəkdir.
25. Məntiqi düşüncəniz çox güclü inkişaf edibdir. Problemləri həll edib necə düzəltmək olmasının yolları barədəki fikirlər haqqında və ümumi vəziyyət barədə daim məntiqi düşünüb nəticə çıxarırsınız.
26. Problemi həll etmə üsullarından danışırsınız. Bu zaman daha çox biznes modeli yaratmağa meyllisiniz və problem həll edə bilmək üçün müvafiq proqram təminatının mümkün olub-olmadığını yoxlayırsınız, çoxsaylı üsullar axtarırsınız.
27. İnsanlarla ünsiyyət qurmaqdan çəkinmirsiniz, ünsiyyət qurmaqda heç bir probleminiz olmur. Cəmiyyət arasında olmağı sevirsiniz.
28. Ruhdan düşməmək üçün əsasən Stiv Cobs kimi dahi şəxsiyyətlərdən daim sitatlar gətirirsiniz.
29. Uşaq olanda, məsələn: lemonad piştaxtasında satışlar həyata keçirmisiniz və sinif satışlarında ən çox satışı həyata keçirən məhz siz olmusunuz.
30. Telefon kitabçanızda yer alan dostlar əvəzinə “Twitter”də izlədiyiniz adamlardan daha çox SMS xəbərdarlıqlar alırsınız.
31. Siz təşəbbüskar insansınız. Mənası isə o deməkdir ki, başladığınız hər hansı bir işi sona çatdırmayanadək vaz keçmirsiniz.
32. Gün ərzində nə etməyinizdən asılı olmayaraq, hər zaman investisiya gəlirinin alınacağı barədə düşünürsünüz.
33. Geyim tərziniz bir az köhnəlmiş, lakin dəbli klassik geyimlərdən ola bilər. Gündəlik həyatınızda rahat geyim geyinməyi sevirsiniz; məsələn, bunlar kostyum əvəzinə futbolka və cins şalvar ola bilər.
34. Qeyri-real birisiniz. İxtiraçı və ya yenilikçi təbiətiniz var və belə bir yolda addımlayırsınız.
35. Uzaqgörən birisiniz və düşüncə tərziniz də belədir.
36. Valehedici və xarizmatik bir şəxssiniz.
37. Qaydalara tabe olmursunuz. Burada söhbət təbii ki, qanunu pozmaqdan getmir. Əksinə, siz inanırsınız ki, faydalı olmaq istənilən qaydaya tabe olmaqdan fərqli olaraq daha səmərəli nəticə verə bilər və bu da hər bir işin rahatlıqla yolunda getməsinə təkan verə bilir.
38. Anlayırsınız ki, hər bir şeyi təkbaşına yalnız edə bilməzsiniz. Bir fikriniz var və onu təşviq edib irəli sürə bilərsiniz, lakin başa düşürsünüz ki, biznesi qurub onu inkişaf etdirərkən bütün tapşırıqların həyata keçirilməsində təkbaşına kamil və ya mahir ola bilməzsiniz. Bunun üçün sizə yardım edəcək şəxslər mütləq olmalıdır.
39. Çox özünəgüvənən, inadkar və iddialısınız. Bu səbəbdən də bir çox hallarda işdən qovulursunuz.
40. Gözlənilməz xarakterə malik birisiniz. Sahibkar kimi bilirsiniz ki, baş verən hadisələr çox sürətlə dəyişə bilir. Xoşbəxtlikdən siz düzəlişlər etməyə hazırlıqlı və istəklisiniz.
41. Tənha olmaqdan həzz almırsınız, əksinə qrupla olmağı xoşlayırsınız. 4 nəfərdən çox adamlar qrupunda işləməkdən daha çox enerji və qüvvə alırsınız.
42. Qətiyyətlisiniz. Əzmkarlığınız sayəsində qeyri-mümkünü mümkün olana çevirirsiniz.
43. Ailəniz və dostlarınız sizə dəstək olur. Bu insanlar daim sizə yardım əli uzadır. Onlar hər zaman seçdiyiniz yolda sizə kömək edir və sizi dəstəkləyir.
44. Yuxunuz gəldikdə masanıza başınızı qoyub bir az mürgüləmək sizin üçün normal sayılır. Nəticədə, siz axşam 10-dan səhər 6-ya kimi 8 saat yatmağın köhnəlmiş bir fikir olduğunu düşünürsünüz.
45. Bazar araşdırması aparmısınız. Bilirsiniz ki, ağlasığmaz və inanılmaz qeyri-adi ideyanızın olması, onun sərfəli və qazanclı olması anlamına gəlmir. Habelə, siz bu ideyanızın müştərilərin diqqətini cəlb edib-etməyəcəyini özünüz üçün ayırd etmisiniz və təhlil aparmısınız.
46. Ətrafınızda daim keyfiyyətli, ləyaqətli və məziyyətli insanlar olmalıdır. Əks halda unutmayın ki, mənfəət güdən insanlar sizi yalnız uçuruma apara bilər.
47. İnsanlar sizin bir az qəribə olduğunuzu düşünürlər. Heç nədən nəsə yaratmaq qabiliyyəti dəlisov tipli dahilərə məxsus xarakterdir. Unutmayın ki, Albert Eynşteyn də öz nisbilik nəzəriyyəsini isbat etməzdən əvvəl onun barəsində insanlar onun dəli olduğunu düşünürdülər.
48. Heç ailə, dost və ya dəyərli tanışlarınızdan sizə təqvim üzrə dəvət göndərməyini xahiş etmisiniz; belə ki, nəticədə hamıyla 5 dəqiqə danışa biləsiniz?
49. “Vaxt qızıldır” anlayışı sizə tam uyğun gəlir. Vaxtınızın puldan da dəyərli olduğuna inanırsınız.
50. Danışdığınız zaman sizə yaxın adamlar nə dediyinizi və nə demək istədiyinizi tamamilə anlayır.
Hətta əgər yuxarıdakı siyahıda adıçəkilən bütün o xüsusiyyətlərə malik olmasanız da, artıq onlardan bəzilərini özünüzdə inkişaf etdirə bilərsiniz. Əlavə olaraq qeyd edilməlidir ki, sahibkar olmaq bir iş, hobbi və ya maraq deyildir; bu, sadəcə bir həyat tərzidir.