İnvestisiya

Şabranda sahibkarlardan prioritet sahələr üzrə investisiya layihələrinin qəbuluna başlanılır

Şabranda sahibkarlardan prioritet sahələr üzrə investisiya layihələrinin qəbuluna başlanılır | FED.az
11:13 18 Okt 2016

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Şabran rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır. Bu barədə Fed.az-a İNSKMF-dan məlumat verilmişdir.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2016-cı il oktyabrın 13-də Şabran rayonunda işgüzar forum keçirmişdir. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:

  • iri taxılçılıq, intensiv bağçılıq, cins heyvandarlıq və istixana təsərrüfatlarının yaradılması;

  • 3 ulduz otelin yaradılması.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Digər xəbərlər