2019-cu ildə Rusiyadan 26,7 milyard dollar investisiya çıxarılıb.
Eləcə də bax: Azərbaycandan xaricə - $970 MİLYON KAPİTAL ÇIXARILIB
FED.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının məlumatına görə, 2018-ci illə müqayisədə ölkədən investorların qaçışı səngiyib. Belə ki, 2018-də Rusiyadan 63 milyard dollar çıxarılmışdı.
Bununla yanaşı, 2019-cu ildə Rusiyanın xarici ticarət profisiti də azalıb. 2018-ci ildə xarici ticarətdə müsbət saldo 194,4 milyad dollar olduğu halda, 2019-da bu rəqəm 163.1 milyard dollara enib.