Rusiyanın vacib infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün Yaponiya və Rusiya birgə investisiya fondu yaratmağı planlaşdırır.
Gazeta.ru xəbər verir ki, birgə investisiya fondunun 2017-ci ildə yaradılması nəzərdə tutulub. Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankı və Rusiyanın Birbaşa İnvestisiya Fondu tərəfindən yaradılacaq investisiya fondunun həcmi təxminən 902 milyon dollar təşkil edəcək. Tərəflərin layihədə maliyyə bölgüsü bərabər olacaq.
Qeyd edək ki, Rusiya və Yaponiya Uzaq Şərqdə birgə külək elektrik stansiyası tikməyi planlaşdırır.