Rusiya Birbaşa İnvestisiya Fondunun sədri Kirill Dmitriyev, Rusiya-Səudiyyə Ərəbistan müştərək fondunun 2019-da Rusiyada 2 milyard dollar daha sərmayə qoyacağını bildirib.
Argentinanın paytaxtı Buenos-Ayresdə dünən sona çatan G20 sammiti çərçivəsində jurnalistlərə müsahibə vermiş Dmitriyev, "Rusiya-Səudiyyə Ərəbistanı birgə fondu ilə Rusiyadakı sərmayələrimizi daha 2 milyard dollar artırmaq istəyirik" deyib.
Dmitriyev, Rusiya Prezidenti Vladimir Putinin, Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salman ilə keçirdiyi görüşdə Ər-Riyadın Rusiyadakı layihələrə investisiyanı artırmaq məsələsini müzakirə etdiyini bildirib.