İnvestisiya

Rövnəq Abdullayev: Türkiyəyə investisiyalarımız 18 mlrd. dolları ötəcək

Rövnəq Abdullayev: Türkiyəyə investisiyalarımız 18 mlrd. dolları ötəcək | FED.az
13:39 15 Dek 2016

SOCAR-ın Türkiyə iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 18 mlrd. dolları ötəcək. Bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev "Anadolu" agentliyinə müsahibəsində bildirib.

"Bu yatırımlar bizim Türkiyəyə olan güvənimizin göstəricisidir. Biz Türkiyənin qısa bir müddət ərzində enerji körpüsü olduğunu anlayırıq. Qardaş ölkənin bu cür irəliləməsi bizi daha da qürurlandırır. ", - deyə R. Abdullayev bildirib.

SOCAR prezidenti qeyd edib ki, bu günə qədər SOCAR tərəfindən 3,7 mlrd. dollar həcmində investisiya yatırılan STAR zavodunda tikinti işlərinin 80%-i yekunlaşıb. "Düşünürəm ki, 2018-ci ildə zavod istismara veriləcək", - deyə SOCAR prezidenti qeyd edib.

Digər xəbərlər