Böyük Britaniyanın “International Finance” jurnalının 2020-ci il üzrə araşdırmasına əsasən, «Unicapital İnvestisiya Şirkəti» ASC iki nominasiya üzrə qalib olub.
FED.az xəbər verir ki, araşdırmaların nəticəsi olaraq, Unicapital «Azərbaycanda Ən Yaxşı İnvestisiya Şirkəti -2020» və «Azərbaycanda Ən Yaxşı Broker Xidmətinin Təşkili- 2020» mükafatlarına layiq görülüb.
Mükafat aşağıdakı göstəricilər əsasında təqdim edilib:
- Şirkətin bazardakı payı
- Müştəri məmnuniyyəti və reputasiya
- Maliyyə göstəriciləri və inkişaf perspektivi
- Xidmətlər üzrə müştərilərin sayı və həcmi
- Anderraytinq xidmətinin keyfiyyəti
- Portfelin idarə olunması üzrə strategiyalar
- Əqd-lərin sövdələşməsi və maliyyə həlləri
- Tətqiqat və investisiya məsləhəti
- Yeni bazarlara çıxış və innovativ yanaşma
Şirkətin Baş meneceri Tahir Qəribov nominasiyalarla bağlı bunları bildirib: «Uğurumuzu düzgün seçilmiş prioritetlərimizə və peşəkar komandamıza borcluyuq. Unicapital investisiya bazarında mükəmməl reputasiyanı təmin etməklə, bazar iştirakçıları üçün etibarlı tərəfdaş kimi çıxış edir».
Qeyd edək ki, Unicapital 2007-ci ildən etibarən yerli və beynəlxalq bazarlarda qiymətli kağızların yerləşdirilməsi və investisiya, həmçinin, törəmə maliyyə alətləri üzrə xidmətlər təqdim edir. Qiymətli kağızlar bazarında geniş təcrübəyə malik olan investisiya şirkəti, fond bazarının peşəkar iştirakçıları arasında əqdlərin həcmi üzrə aparıcı yerlər tutmaqda davam edir.
Unicapital İnvestisiya Şirkətinin geniş müştəri bazasına həm fiziki, həm hüquqi şəxslər daxildir. Bazardakı uğurlu təcrübəsinə əsasən, Unicapital Azərbaycan bazarında iştirak etmək istəyən xarici investorlara, həmçinin, beynəlxalq bazarlarda investisiya etmək istəyən fiziki və hüquqi şəxslər üçün etibarlı tərəfdaşdır.
Unicapital müştəriləri 1700-dən çox Azərbaycan şirkətinin qiymətli kağızlarına yatırım edərək, gəlir imkanı əldə edir. Həmçinin, 30-dan artıq ölkənin nüfuzlu şirkətlərinin səhmdarı olmaq Unicapital vasitəsilə hər kəs üçün əhəmiyyətli dərəcədə asanlaşır.