Azərbaycanın beynəlxalq maliyyə bazarlarında etibarlı tərəfdaş kimi mövqeyi yüksək qiymətləndirilir.
İlham Əliyev “DP World” şirkətinin sədri və icraçı direktoru ilə görüşüb - FOTOLAR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu ABŞ-nin "J.P. Morgan" şirkətinin sədri və baş icraçı direktoru Ceymi Daymon Davosda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.
O qeyd edib ki, Azərbaycanda sabit investisiya mühiti var. C.Daymon həmçinin Azərbaycanın ardıcıl maliyyə siyasəti həyata keçirdiyini qeyd etdi.
O rəhbərlik etdiyi şirkətin Dövlət Neft Fondu ilə uzunmüddətli əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini, bu tərəfdaşlığın möhkəm institusional əsaslara söykəndiyini və onun daha da dərinləşdirilməsində maraqlı olduqlarını bildirdi.










