Amerikanın əmək bazarına dair "ADP" göstəricisinin mənfi açıqlanması, avro və funtun dollara nisbətən qiymətlərinin dəstək görməsinə səbəb olub. Bununla yanaşı, bu gün Bakı vaxtı 14:00-da dərc ediləcək Avrozonanın pərakəndə satış və işsizlik səviyyələri də investorların diqqət mərkəzindədir.
USD/JPY və USD/TRY məzənnələri isə dinamikanın zəifləməsinə baxmayaraq, bahalaşmaqda davam edir.
Əlvan metallar bazarlarında qızılın qiymətində üfüqi korreksiya müşahidə edilir və yeni dəstək səviyyəsinə kimi ucuzlaşmaqda davam edəcəyi proqnozları da qüvvədə qalmaqdadır.
Kriptovalyuta birjalarında bitkoin 52600$-a kimi bahalaşdıqdan sonra müqavimətlə rastlaşaraq, ucuzlaşmağa başlayıb və növbəti önəmli dəstək səviyyələri 47400 və 44300$-dır.