Amerikanın əmək bazarına dair fundamental göstəricilərin mənfi açıqlanması, dollara qarşı təzyiqləri daha da artırmışdı. Təhlillərə əsasən, dollar indeksi 92 punktun altında qalarsa, mart ayının minimumlarına qayıda bilər.
EUR/USD və GBP/USD məzənnələrində də ucuzlaşma dinamikası zəifləmişdir. USD/TRY məzənnəsində isə ucuzlaşma TCMB-nin siyasətini daha da sərtləşməsi fonunda daha sürətli olmuşdur. USDJPY məzənnəsində də korreksiya müşahidə edilir.
Əlvan metallar bazarlarında da qızılın qiyməti dəstək görür və 1740$-ın qırılması növbəti bahalaşma dalğası üçün önəmli rol oynayacaqdır. Kriptovalyuta birjalarında bitkoinin qiyməti 58600$ və 60100$ müqavimətləri ilə sınağa çəkiləcəkdir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.