EUR/USD və GBP/USD məzənnələrinə qarşı təzyiq Amerikadan dərc edilən əmək bazarına dair önəmli müsbət fundamental göstəricilərdən sonra daha da artıb. Bununla yanaşı, investorlar gələn həftə yayımlanacaq birinci rüb üzrə inkişaf və istehlak bazarı ilə bağlı statistika göstəriciləri, FED-in açıqlamalarını da böyük maraqla gözləyirlər. Ümumi proqnozlar isə müsbət istiqamətdədir.
Lirənin də təzyiq altında olmasına baxmayaraq, yen yerində dalğalanır, rubl isə bahalaşıb.
Alternativ sərmaye bazarlarında - kriptovalyuta birjalarında bitkoin də ucuzlaşsa da, əlvan metallar bazarlarında qızılın qiyməti dəyər qazanmaqda davam edir.
Qeyd etmək lazımdır ki, dollar indeksi üzrə təhlillərə əsasən, 92 və 92.50 punktun qırılması, növbəti güclü bahalaşma dalğası üçün önəmli rol oynayacaqdır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.