Almaniyanın sənaye sektoruna dair fundamental göstəricinin mənfi açıqlanması, EUR/USD məzənnəsinin daha aşağı səviyyələrə kimi ucuzlaşmasına səbəb olmuşdur.
Lakin digər tərəfdən Amerika iqtisadiyyatına dair qeyri-müəyyənliyin mövcudluğu, avroya olan tələbi qısa müddətli perspektivdə artıra bilər. Bu səbəbdən məzənnənin ucuzlaşması dinamikası da zəifləyib.
GBP/USD məzənnəsi də təzyiq altında qalmasına baxmayaraq, enerji birjalarında neft qiymətlərinin bahalaşması ilə 1.38$-ın üzərində dəstək görməkdədir.
USD/TRY və USD/JPY valyuta cütlüklərinin də qiymətlərində bahalaşma müşahidə edilir. Burada da dinamika zəifləsə də, xüsusilə USD/TRY məzənnəsinin bahalaşmaqda davam edəcəyi proqnozlaşdırılır.
Əmtəə birjalarında neft qiymətlərində üfüqi korreksiyanın qiymət dəhlizinin 71 - 62$ olacağı, qızılın 1660$-a kimi dəyər itirməkdə davam edəcəyi proqnozlaşdırılır.
54100$-a kimi dəyər qazanan bitkoin üzrə növbəti önəmli müqavimət səviyyələri 55000 və 57600$-dır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.