Beynəlxalq valyuta birjalarında cümə günü Amerikadan açıqlanacaq əmək bazarına dair önəmli fundamental göstəricilər öncəsi investorların qiymətlərə ehtiyatlı yanaşması, dolların aparıcı valyutalara nisbətən orta qiymətinin düşməsinə səbəb olub. Beləliklə, EUR/USD və GBPUSD məzənnələrində də korreksiya müşahidə edilir. Lakin orta müddətli perspektivdə avro və funtun ucuzlaşmaqda davam edəcəyi proqnozlaşdırılır. USD/JPY və USD/TRY məzənnələri üzrə bahalaşma proqnozları da güclü olaraq qalır.
Əlvan metallar bazarlarında qızılın bir unsiya üzrə qiymətində də eyni tendensiya var və 1660$-a kimi ucuzlaşacağı ehtimalları da qüvvədə qalmaqdadır.
Kriptovalyuta birjalarında bitkoin 49000$ ilə önəmli 50212$ müqavimətinin altında ticarət edilir. Müqavimətin qorunması və nəticədə 47000$ dəstəyinin qırılması, BTCUSD məzənnəsinin növbəti 42000 və 37000$ önəmli dəstək səviyyələrinə kimi ucuzlaşmasına səbəb ola bilər. Əks təqdirdə, müqavimətin qırılması 53000$-a kimi bahalaşmanın əsasını qoya bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.