Amerikada əmək haqlarına və sənaye sektoruna dair göstəricilərin müsbət açıqlanmasına baxmayaraq, hökümətin planlarını Konqresdən keçirməsinin ləngiməsi siyasi riskləri artırmaqla yanaşı, dolların da korreksiyasına səbəb olur. Sonuncunun bir səbəbi də investorların cümə günü dərc ediləcək əmək bazarı məlumatlarını gözləyirlər. Beləliklə, EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq 1.16 və 1.37$-a geri dönüb. Lakin qlobal texniki təhlillər ucuzlaşmanın davam edəcəyini proqnozlaşdırmağa əsas verir.
İnvestorların riskdən uzaq durmaq niyyətləri, onları güvənli liman maliyyə aləti kimi qızıla yönəlmələrinə səbəb olur. Buna görə də bir unsiya üzrə qiymət keçən həftənin müqavimət səviyyəsinə - 1798$-a yaxınlaşıb. Lakin yenidən qıra bilmədiyi təqdirdə, növbəti dəfə daha sürətlə ucuzlaşmağa başlaya bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.