Azərbaycanda vəsaitini daşınmaz əmlak sektoruna yatırmaq istəyənlər üçün ən sərfəli variantlardan biri soyuducu anbarlardır.
FED.az xəbər verir ki, bu barədə «ASAN Radio»da yayımlanan «Sahibkar Vaxtı» verilişində daşınmaz əmlak bazarı üzrə ekspert, «MBA Group» konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov bildirib.
Eləcə də bax: “Viator Mikrokredit Azərbaycan” zərərdən mənfəətə keçib - HESABAT
Onun sözlərinə görə, hazırda soyuducu anbar biznesi daşınmaz əmlak sektoruna yatırımlar arasında gəlirliyi ilə fərqlənir.
«Kifayət qəər vəsait olan şəxs vəsaitini soyuducu anbar biznesinə yatıra bilər. Belə anbarların tikintisi kvadratı 1000-1200 manata başa gəlir»-deyə ekspert bildirib.
Eləcə də bax: “Azərbaycanda startap var ki, milyon dollar cəlb edib”
Soyuducu anbarlar tikiləndə burada yerləşdiriləcək meyvə-tərəvəzlərin çeşidləri nəzərə alınmalıdır, çünki hər meyvə-tərəvəzin öz temperatur rejimi və saxlama şərtləri var: «Buna görə də, soyuducu anbarlar bir neçə kameralı olmalıdırlar.
Hər kamera təqribən 25-30 kvadratdır. Başqa sözlə, gəlirlə işləməsi üçün ən kiçik soyuducu anbar 200 kvadratmetr olmalıdır».
Anbar saiblərinin buradan qazancı anbarın iarəsi iə əldə edilir. Anbarın sahəsi həm gündəlik həm də sahə vasitəsilə icarəyə – saxlanc kimi verilə bilər. Müştərilər meyvələrini burada saxlayır və müəyyən müddətdən sonra daha sərfəli qiymətə satırlar. Anbar sahəsinin icarə qiymətləri kifayət qədər sərfəlidir: «İntensivliyindən, fəsildən və yerindən asılı olaraq hər kvadratmetrin və ya kubmetrin icarəsi 4,5-5 manat ətrafında dəyişir»-deyə N.İbrahimov bildirib.
Ekspertin sözlərinə görə, soyuducu anbar biznesi ilə məşğul olmaq istəyən şəxslər bu işə şərikli də qoşula bilərlər: «Çünki belə daha effektlidir, ola bilər şəriklərdən birinin bu sahədə təcrübəsi yoxdur və ya əlaqələrin olması da əsasdır. Və belə anbarların istixanalar («parniklər» – FED.az) olan ərazidə tikilməsi daha sərfəlidir».