Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq “bumeranq investisiyalar” formatında inkişaf edə bilər.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Bakıda italiyalı jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, bu, iki ölkə arasındakı münasibətlərdə yeni forma olacaq: “Əslində bu, qarşılıqlı, faydalı əməkdaşlıqdır. Azərbaycan İtaliyada hər hansı bir layihəyə sərmayə yatırır, sonra bundan əldə olunan gəlirlər ölkəmizdə sahibkarlıq fəaliyyəti üçün istifadə edilir”.
Azərbaycan-İtaliya münasibətlərinə toxunan Ş.Mövsümov deyib ki, son rəqəmlərə əsasən, iki ölkə arasında ticarət dövriyyəsi 6 milyard dollar olub.
Eləcə də bax: Dünyada yeni yatırım növü – CƏMİ 20 DOLLARLA İLDƏ 17% GƏLİR