“Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC 2020-ci ili 100 min manat xalis zərərlə başa vurub.
Eləcə də bax: "PSG-Kapital İnvestisiya Şirkəti"nin xalis mənfəəti 3 dəfəyə yaxın - Artıb
FED.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 6,4% çoxdur.
Ötən il “Plato Capital and Co.”nun vergiyəqədərki zərəri 99 min manat (7,6% çox), mənfəət vergisi ödəmələri isə 1 min manat (təxminən 2 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə “Plato Capital and Co.”nun aktivləri 275 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 24% azdır. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 8,4% artaraq 168 min manata çatıb, balans kapitalı 48,1% azalaraq 108 min manata düşüb.
Xatırladaq ki, “Plato Capital and Co.” 2002-ci ildə "Texnika Kapital Menecment" adı ilə yaradılıb, 2015-ci ildə adını "Kapital Menecment"ə, 2018-ci ildə "Plato Menecment"ə dəyişib, 2019-cu ildə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 680 min manatdır. İnvestisiya şirkətinin səhmlərinin 99%-i Böyük Britaniyanın “Plato Capital International Holding Limited” investisiya şirkətinə, 1%-i isə Birləşmiş Ərəb Əmirliklərinin “Fubies Bia Investments Lımıted” investisiya şirkətinə məxsusdur. (Report)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.