Azərbaycanda fəaliyyət göstərən 8 investisiya 2019-cu ili 2,484 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il yanvarın 1-nə malik olduqları 8,505 milyon manat məbləğində nizamnamə kapitalının 29,2%-i qədərdir.
FED.az xəbər verir ki, ayrı-ayrı investisiya şirkətlərində isə sözügedən nisbət fərqlidir. Belə ki, ötən ildən mənfəətlə çıxmış 6 investisiya şirkəti arasında nizamnamə kapitalından ən yaxşı istifadə edəni "PAŞA Kapital" olub. Onun əldə etdiyi xalis mənfəət kapitalının 2,8 mislini təşkil edib. Baxmayaraq ki, "PAŞA Kapital" nizamnamə kapitalının məbləğinə görə, ölkədə 7-cidir.
Fəaliyyət effektivliyinə görə, 2-ci yeri "Unicapital" tutub. Bu investisiya şirkəti 2019-cu ildə kapitalının 1,3 misli qədər xalis mənfəət əldə edib. Halbuki, "Unicapital" nizamnamə kapitalının məbləğinə görə, 8 investisiya şirkəti arasında sonuncu yerdə qərarlaşıb.
3-cü yerə isə "İnvest-AZ" sahib çıxıb. Bu investisiya şirkətinin ötənilki xalis mənfəəti kapitalının 24,7%-i qədər olub. Bu arada, "İnvest-AZ" nizamnamə kapitalının məbləğinə görə, investisiya şirkətləri arasında liderdir.
№ |
İnvestisiya şirkətinin adı |
Şirkətin ötənilki xalis mənfəətinin / zərərinin nizamnamə kapitalına nisbəti |
1 |
PAŞA Kapital |
2,8 dəfə |
2 |
Unicapital |
1,3 dəfə |
3 |
İnvest-AZ |
24,7% |
4 |
PSG Kapital |
23,2% |
5 |
Azfinance |
16,8% |
6 |
Xalq Kapital |
16,1% |
7 |
BTB Kapital |
-0,6% |
8 |
Plato Capital and Co. |
-13,9% |
|
Orta hesabla |
29,2% |
(Renkinq)