“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin baş ofisi yeni ünvanda fəaliyyət göstərir.
Eləcə də bax: “PAŞA Kapital İnvestisiya Şirkəti”nin - Vəziyyəti Məlum Oldu
FED.az xəbər verir ki, maliyyə qurumunun baş ofisi indiyə qədər fəaliyyət göstərdiyi Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 69 ünvanından (“ISR Plaza” iş mərkəzi) Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 44 (“Caspian Plaza” iş mərkəzi) ünvanına köçürülüb.
Xatırladaq ki, “PAŞA Kapital” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. İnvestisiya şirkətinin səhmləri 100% daxil olduğu “PAŞA Holdinq” MMC-yə məxsusdur. (Report)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.