Özbəkistan və Qırğızıstan nizamnamə kapitalı 50 milyon dollar olan birgə investisiya fondu yaradır.
Eləcə də bax: İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı - SİYAHI
FED.az xəbər verir ki, bununla bağlı qərar Özbəkistanın Fərqanə şəhərində bu ölkənin investisiyalar və xarici ticarət naziri Sardor Umurzakov və Qırğızıstan Baş nazirinin müavini vəzifəsini icra edən Artyom Novikov arasında imzalanıb.
Tərəflər gömrük sahəsində əməkdaşlığın inkişafı üzrə Hökumətlərarası işçi qrupunun yaradılması haqqında razılıq əldə ediblər. Bundan əlavə, Özbəkistan və Qırğızıstan arasında əməkdaşlığın inkişafı üzrə yol xəritəsi qəbul olunub.
Həmin gün Fərqanə şəhərində Özbəkistanın Namanqan, Əndican, Fərqanə, Qırğızıstanın Oş, Cəlalabad və Batken vilayətləri hakimlərinin növbəti görüşü də keçirilib.(APA)