2017-ci ildə ölkədə yerinə yetirilmiş geoloji-kəşfiyyat işlərinə 32,3 milyon manat vəsait FED.az Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, bu sahəyə 2016-cı illə müqayisədə 6,5 faiz çox vəsait sərf olunub.
Məlumatda bildirilir ki, aparılmış geoloji-kəşfiyyat işlərinin 81,7 faizi neft-qaz ehtiyatlarının kəşfiyyatına yönəldilib və bu işlərə 26,4 milyon manat xərclənib.
2016-cı illə müqayisədə ötən il radioaktiv metalların kəşfiyyatına 51,9 faiz, regional geoloji-geofiziki işlərə 25,0 faiz, hidrogeoloji işlərə 19,4 faiz, əlvan metalların kəşfiyyatına 8,3 faiz, elmi-tədqiqat işlərinə 8,0 faiz çox, nəcib metalların kəşfiyyatına 23,8 faiz, qara metalların kəşfiyyatına 14,3 faiz az vəsait sərf edilib.
Ötən il kəşfiyyata 32 MİLYON MANAT AYRILIB

11:58
23 Fev 2018