İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndə heyəti ilə “Ölkə üzrə investisiya mühitinin icmalı və fəaliyyət planları” sənədini müzakirə edib.
Eləcə də bax: Azərbaycan iqtisadiyyatına 9 milyard manatdan çox - İNVESTİSİYA QOYULUB
FED.az bu barədə Mərkəzə istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı onlayn görüşdə EBRD-nin Rəqabətqabiliyyətli idarəetmə və siyasi məsələlər üzrə baş müşaviri Kristin Heydon, beynəlxalq təşkilatın məsləhətçilər Lizaveta Traxalina və Nikola Lipari iştirak edib. V.Qasımlı Azərbaycanda biznes və investitiya mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər, əldə olunan nəaliyyətlər və islahatlar barədə məlumatlar verib, eyni zamanda bu istiqamətdə növbəti 5 illik dövr üçün ölkənin inkişaf strategiyasında qəbul etdiyi hədəf indikatorları və icrasını təmin edən praktiki yanaşmaları qeyd edib.
Hazırda Azərbaycan hökuməti ilə növbəti məsləhətləşmələr raundunda olan “Ölkə üzrə investisiya mühitinin icmalı və fəaliyyət planları” sənədinin məqsədi biznes mühitinin təkmilləşdirilməsi üçün həyata keçirilə bilən islahatlar və potensial texniki yardım fəaliyyətləri üçün prioritet sahələrin müəyyən edilməsi olub. (Report)