2021-2024-cü illərdə Azərbaycanın qeyri-neft sektoruna 58,818 mlrd. manat həcmində investisiya yatıracağı proqnozlaşdırılır.
Eləcə də bax: "Qeyri-neft sektoru nə qədər inkişaf etsə də, əsas gəlir mənbəyimiz enerji sektorudur”
FED.az xəbər verir ki, bu, 2021-ci il üçün büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"ndə əksini tapıb.
Qeyd edilir ki, 2021-ci ildə sözügedən sektora 11,449 mlrd. manat həcmində gözlənən investisiyaların həcminin 2022-ci ildə 12,079 mlrd. manat, 2023-cü və 2024-cü illərdə isə müvafiq olaraq 13,680 mlrd. manat və 15,610 mlrd. manat təşkil edəcəyi proqnozlaşdırılır.
Faktiki göstəricilərə gəldikdə, 2019-cu ildə qeyri-neft sektoruna yönəldilmiş investisiyaların həcmi 1,9% artaraq 11,695 mlrd. manat, 2020-ci ilin yanvar-noyabr aylarında isə 11% azalaraq 7,504 mlrd. manat olub. (Apa)