Norveçdən Azərbaycana yatırılan investisiyaların həcmində kəskin azalma baş verib.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Cari ildə bu ölkədən cəmi 2 milyon 990 min dollar investisiya daxil olub. Bu göstərici ötən illə müqayisədə 34,3 dəfə və ya 99 milyon 623 min dollar azalıb.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə Norveçdən 102 milyon 613 min dollar sərmayə yatırılmışdı.











