Amerikanın əmək bazarında dair fundamental göstəricilərin proqnozlaşdırılandan zəif açıqlanması fonunda dolların digər aparıcı valyutalara nisbətən orta qiymətində başlayan ucuzlaşma davam edir. Dollar indeksi təqribən son bir ayın orta qiymətlərinə kimi geriləyib və geriləmənin müsbət fundamental siqnallar gələnə kimi davam edəcəyi proqnozlaşdırılır.
Bu, özünü EUR/USD məzənnəsinin 1.21$-a kimi bahalaşmada göstərməklə yanaşı, GBP/USD məzənnəsi son iki il yarımın maksimum səviyyəsinə yüksəlib. Burada isə əsas hərəkətverici qüvvə enerji birjalarında neft qiymətlərinin dəyər qazanmasıdır. Avropanın Brent neftinin bir barel qiyməti hazırda 61$-a təklif edilir və trend 64$-a kimi davam edə bilər. Dəyər qazanan əmtəələr arasında qızılın qiyməti də investorların diqqət mərkəzindədir və son dalğalanma 1860$-a kimi davam edə bilər.
Dolların ucuzlaşması özünü USDTRY məzənnəsində də əks etdirir. 7.12TL-də müqavimtlə rastlaşan dollar/lirə cütlüyünün qiyməti 7.03TL-nin qırılması ilə 6.96 və 6.88TL-yə kimi davam edəcəyi ehtimal edilir.
Kriptovalyuta birjalarında isə bitkoin 47493$ ilə tarixi maksimum səviyyəsini yeniləyib. Bunun əsas səbəbi isə sahəyə olan institusional sərmayənin - tələbin artmasıdır. Ripl də önəmli müqavimət səviyyələrinə yaxınlaşıb. Növbəti ən yaxın müqavimət səviyyəsi isə 0.58$-dır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.