Azərbaycanın Dövlət Neft Fondu (SOFAZ) inestisiya reytinqi olmayan qiymətli kağızlara yatırımları 2018-ci ildə 2,8 dəfə azaldıb. Bu barədə Hesablama Palatasının 2018-ci ilin dövlət büdcəsi ilə bağlı hesabatında bildirilir.
Hesabata görə, adı çəkilən aktivlərə yatırımlar 2017-ci ilin sonunda 861,3 milyon dollar olduğu halda, 2018-ci ilin sonunda artıq 311,1 milyon dollara düşüb.
Bunula yanaşı, qeyd edilir ki, fond Türkiyənin suveren istiqrazlarına 309,1 milyon manat yatırıb.