Bu ilin yanvar-may aylarında Naxçıvan MR-da bütün maliyyə mənbələrindən əsas kapitala 399,082 milyon manat vəsait yönəldilib.
FED.az-ın yerli Dövlət Statistika Komitəsi nə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,312 milyon manat və yaxud 1,1% çoxdur.
Əsas kapitala yönəldilmiş vəsaitin 382,752 milyon manatı və yaxud 95,9%-i tikinti-quraşdırma işlərinin payına düşüb. Əsas kapitala yönəldilmiş vəsaitin həcmində tikinti-quraşdırma işlərinin payı illik müqayisədə 9,092 milyon manat və yaxud 2,4% artıb.